Главная / Вакансии / Satınalma və Logistika Koordinatoru

Satınalma və Logistika Koordinatoru

Shinkar Holding · Göstərilməyib · 20 окт · 1000 просмотров
Зарплатадоговорная
КатегорияNəqliyyat, paylama və logistika
Тип занятостиfull-time

İş haqqında

Shinkar Holding — Satınalma və Logistika Koordinatoru.

  • Tikinti layihələrinin ehtiyaclarına uyğun olaraq material, avadanlıq və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə satın alınmasını, təchizat prosesinin koordinasiyasını və sifarişlərin tikinti sahəsinə vaxtında çatdırılmasını təmin etmək.
  • Layihə üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək və satınalma planının hazırlanmasında iştirak etmək.
  • Tikinti qrafikinə uyğun satınalma müddətlərini müəyyənləşdirmək və sifarişlərin vaxtında verilməsini təmin etmək.
  • Təchizatçılar və subpodratçılardan kommersiya təklifləri toplamaq, qiymət və çatdırılma şərtlərini müqayisə etmək.
  • Satınalma sorğularını, sifarişləri və əlaqəli sənədləri hazırlamaq və razılaşdırma prosesini koordinasiya etmək.
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq.
  • Sifarişlərin icra statusunu izləmək, mümkün gecikmələri əvvəlcədən müəyyən etmək və müvafiq tədbirlər görmək.
  • Material və avadanlıqların texniki spesifikasiyalara, təsdiq edilmiş nümunələrə və layihə tələblərinə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Satınalma və Logistika Koordinatoru” qeyd edin.

Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.