Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaNəqliyyat, paylama və logistika
İş növüfull-time
İş haqqında
Shinkar Holding — Satınalma və Logistika Koordinatoru.
- Tikinti layihələrinin ehtiyaclarına uyğun olaraq material, avadanlıq və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə satın alınmasını, təchizat prosesinin koordinasiyasını və sifarişlərin tikinti sahəsinə vaxtında çatdırılmasını təmin etmək.
- Layihə üzrə material, avadanlıq və xidmət ehtiyaclarını müəyyən etmək və satınalma planının hazırlanmasında iştirak etmək.
- Tikinti qrafikinə uyğun satınalma müddətlərini müəyyənləşdirmək və sifarişlərin vaxtında verilməsini təmin etmək.
- Təchizatçılar və subpodratçılardan kommersiya təklifləri toplamaq, qiymət və çatdırılma şərtlərini müqayisə etmək.
- Satınalma sorğularını, sifarişləri və əlaqəli sənədləri hazırlamaq və razılaşdırma prosesini koordinasiya etmək.
- Təchizatçılarla qiymət, ödəniş, çatdırılma müddəti və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq.
- Sifarişlərin icra statusunu izləmək, mümkün gecikmələri əvvəlcədən müəyyən etmək və müvafiq tədbirlər görmək.
- Material və avadanlıqların texniki spesifikasiyalara, təsdiq edilmiş nümunələrə və layihə tələblərinə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Satınalma və Logistika Koordinatoru” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
