Anbardar

Sabah Group · Göstərilməyib · 22 окт · 962 просмотров
Зарплатадоговорная
КатегорияNəqliyyat, paylama və logistika
Тип занятостиfull-time

İş haqqında

Sabah Group — Anbardar.

  • Anbardar təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu, saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və vaxtında icrasına görə məsuliyyət daşıyır.
  • Vəzifənin məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
  • Anbara daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.) ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu yoxlamaq.
  • Qəbul olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək, markalamaq və saxlama şəraitini təmin etmək.
  • Mal-materialların anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata keçirmək.
  • Anbar qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
  • Anbarda mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric orderləri) tərtib etmək.
  • Dövri və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları ilə tutuşdurmaq.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Anbardar” qeyd edin.

Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.