Salarynegotiable
CategoryNəqliyyat, paylama və logistika
Job typefull-time
İş haqqında
Sabah Group — Anbardar.
- Anbardar təyin olunduğu sayt/layihə anbarında mal-material ehtiyatlarının qəbulu, saxlanması, uçotu və verilməsi üzrə gündəlik əməliyyatların düzgün və vaxtında icrasına görə məsuliyyət daşıyır.
- Vəzifənin məqsədi anbarda olan ehtiyatların təhlükəsizliyini, dəqiq uçotunu və Baş Anbardara qarşı hesabatlılığı təmin etməkdir.
- Anbara daxil olan mal-materialları müşayiət sənədləri (qaimə-faktura, TTN və s.) ilə tutuşdurmaqla qəbul etmək və keyfiyyət/say uyğunluğunu yoxlamaq.
- Qəbul olunmuş mal-materialları müəyyən olunmuş qaydada anbarda yerləşdirmək, markalamaq və saxlama şəraitini təmin etmək.
- Mal-materialların anbardan sərəncam sənədləri (tələbnamə, akt və s.) əsasında verilməsini həyata keçirmək.
- Anbar qalıqlarının 1C proqramında gündəlik və dəqiq uçotunu aparmaq.
- Anbarda mal-materialların hərəkəti üzrə ilkin uçot sənədlərini (mədaxil və məxaric orderləri) tərtib etmək.
- Dövri və illik inventarizasiyalarda iştirak etmək, faktiki qalıqları sistem məlumatları ilə tutuşdurmaq.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Anbardar” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.
