Ana səhifə / Vakansiyalar / Xərclərə nəzarət üzrə mühasib (Retail)

Xərclərə nəzarət üzrə mühasib (Retail)

RAHAT Supermarketlər şəbəkəsi · Göstərilməyib · 22 okt · 943 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time

İş haqqında

RAHAT Supermarketlər şəbəkəsi — Xərclərə nəzarət üzrə mühasib (Retail).

  • Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq;
  • Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək;
  • Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
  • Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək;
  • Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək;
  • Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
  • Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq;
  • İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Xərclərə nəzarət üzrə mühasib (Retail)” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.