Xərclərə nəzarət üzrə mühasib (Retail)
RAHAT Supermarketlər şəbəkəsi · Göstərilməyib · 22 Oct · 940 views
Salarynegotiable
CategoryMaliyyə xidmətləri
Job typefull-time
İş haqqında
RAHAT Supermarketlər şəbəkəsi — Xərclərə nəzarət üzrə mühasib (Retail).
- Ay bağlanışı prosesində iştirak etmək, gəlir və xərclərin düzgün hesabat dövrünə aid edilməsini yoxlamaq;
- Mağazalar və xərc mərkəzləri üzrə xərclərin düzgün uçotunun aparılmasına nəzarət etmək;
- Mal alışları, daşınma və digər əlaqəli xərclərin məhsulların maya dəyərinə düzgün daxil edilməsini yoxlamaq;
- Satışların maya dəyərini, ümumi mənfəəti və marjanı mağazalar və məhsul kateqoriyaları üzrə təhlil etmək;
- Endirim, kampaniya və qaytarmaların maliyyə nəticələrinə təsirini qiymətləndirmək;
- Mal qalıqları, silinmələr, itkilər və inventarizasiya fərqlərini təhlil etmək, aşkar edilmiş uyğunsuzluqların səbəblərini araşdırmaq;
- Təchizatçı bonusları və alış endirimlərinin düzgün uçota alınmasını yoxlamaq;
- İcarə, kommunal, logistika və digər əməliyyat xərclərini büdcə göstəriciləri ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Xərclərə nəzarət üzrə mühasib (Retail)” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.