Layihələr və texniki işlər üzrə daxili audit
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) · Göstərilməyib · 22 okt · 987 dəfə baxılıb
Əmək haqqı1500.00 AZN / aylıq
KateqoriyaHüquq və məhkəmə xidmətləri
İş növüfull-time
İş haqqında
Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) — Layihələr və texniki işlər üzrə daxili audit.
- Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
- Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
- Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
- Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
- Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
- Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
- Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;
Əməkhaqqı (elanda göstərilən): 1500 AZN.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Layihələr və texniki işlər üzrə daxili audit” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.