Home / Jobs / Layihələr və texniki işlər üzrə daxili audit

Layihələr və texniki işlər üzrə daxili audit

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) · Göstərilməyib · 22 Oct · 986 views
Salary1500.00 AZN / monthly
CategoryHüquq və məhkəmə xidmətləri
Job typefull-time

İş haqqında

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) — Layihələr və texniki işlər üzrə daxili audit.

  • Xidmət tərəfindən həyata keçirilən tikinti, bərpa, yenidənqurma və digər infrastruktur layihələri üzrə daxili audit və monitorinq tədbirlərində iştirak etmək;
  • Tikinti və quruculuq işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, texniki cizgilərə, müqavilə şərtlərinə, keyfiyyət planlarına və müvafiq normativ tələblərə uyğunluğunu yoxlamaq;
  • Tikinti obyektlərində faktiki yerinə yetirilmiş işlərin həcmini, keyfiyyətini və texniki göstəricilərini layihə sənədləri və təsdiq edilmiş smeta göstəriciləri ilə müqayisəli təhlil etmək;
  • Layihələrin icrası zamanı istifadə olunan tikinti materiallarının, avadanlıqların və görülən işlərin müəyyən edilmiş texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu qiymətləndirmək;
  • Tikinti-quraşdırma işləri üzrə görülmüş iş aktlarını, texniki hesabatları, icra sənədlərini və digər təsdiqedici sənədləri təhlil etmək, sənədlərlə faktiki icra vəziyyəti arasındakı uyğunsuzluqları aşkar etmək;
  • Layihələrin idarə edilməsi, texniki nəzarət, keyfiyyətə nəzarət və əməyin mühafizəsi (SƏTƏM) üzrə tətbiq olunan prosedurların effektivliyini və müvafiq tələblərə uyğunluğunu qiymətləndirmək;
  • Audit yoxlamaları zamanı aşkar edilmiş nöqsanları, texniki uyğunsuzluqları və riskləri sənədləşdirmək, onların aradan qaldırılması istiqamətində təklif və tövsiyələr hazırlamaq;
  • Keçirilmiş audit və monitorinq tədbirlərinin nəticələri üzrə arayışlar, analitik materiallar və audit hesabatları hazırlamaq;

Əməkhaqqı (elanda göstərilən): 1500 AZN.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Layihələr və texniki işlər üzrə daxili audit” qeyd edin.

Be careful when sharing personal data. Never pay upfront for employment.