Ana səhifə / Vakansiyalar / Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis

Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis

Aqrar Tədarük və Təchizat · Bakı · 26 okt · 950 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMühəndislik
İş növüfull-time

İş haqqında

Aqrar Tədarük və Təchizat — Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis.

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
  • İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
  • İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
  • Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
  • Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis” qeyd edin.

İş şəraiti və vacib qeydlər

Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. 5 günlük iş qrafiki, 09:00–18:00.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.