Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis
Aqrar Tədarük və Təchizat · Bakı · 26 Oct · 955 views
Salarynegotiable
CategoryMühəndislik
Job typefull-time
İş haqqında
Aqrar Tədarük və Təchizat — Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin, normativ hüquqi aktların və daxili prosedurların tələblərinə riayət olunmasına nəzarət etmək;
- İş qəzası, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər hazırlamaq və icrasını izləmək;
- İşçilər üçün əməyin mühafizəsi, texniki təhlükəsizlik və ilkin təhlükəsizlik təlimatlandırmalarını təşkil etmək, müvafiq qeydiyyat sənədlərini aparmaq;
- İş yerlində fərdi mühafizə vasitələrindən düzgün istifadə olunmasına və təhlükəsizlik tələblərinə əməl edilməsinə nəzarət etmək;
- Müəssisənin struktur bölmələrində təhlükəsizlik vəziyyətinin monitorinqini aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Mülki müdafiə üzrə tədbirlərin, müvafiq planların və fövqəladə hallara hazırlıq tədbirlərinin hazırlanmasında və icrasında iştirak etmək;
- Yanğın, qəza, təbii fəlakət və digər fövqəladə hallar zamanı davranış qaydaları üzrə maarifləndirmə və praktiki təlimlərin təşkilində iştirak etmək;
- Təxliyə planlarının, xəbərdarlıq və operativ məlumatlandırma tədbirlərinin hazırlanmasına və aktuallığının qorunmasına dəstək göstərmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Əməyin mühafizəsi və mülki müdafiə üzrə mühəndis” qeyd edin.
İş şəraiti və vacib qeydlər
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3. 5 günlük iş qrafiki, 09:00–18:00.
Be careful when sharing personal data. Never pay upfront for employment.