Главная / Вакансии / Vergi bölmə müdiri

Vergi bölmə müdiri

RAHAT Supermarketlər şəbəkəsi · Göstərilməyib · 22 окт · 976 просмотров
Зарплатадоговорная
КатегорияMaliyyə xidmətləri
Тип занятостиfull-time

İş haqqında

RAHAT Supermarketlər şəbəkəsi — Vergi bölmə müdiri.

  • Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət etmək;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək;
  • Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
  • Vergi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək;
  • Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək;
  • İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək;
  • Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Vergi bölmə müdiri” qeyd edin.

Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.