Главная / Вакансии / SMM və kontent üzrə mütəxəssis

SMM və kontent üzrə mütəxəssis

Zeytun Pharmaceuticals · Bakı · 27 окт · 970 просмотров
Зарплатадоговорная
КатегорияMarketinq, reklam, çap və nəşriyyat
Тип занятостиfull-time

İş haqqında

Zeytun Pharmaceuticals — SMM və kontent üzrə mütəxəssis.

  • Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.
  • Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.
  • Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.
  • Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.
  • Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.
  • Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.
  • Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.
  • Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “SMM və kontent üzrə mütəxəssis” qeyd edin.

İş şəraiti və vacib qeydlər

  • İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı, Zərifə Əliyeva küç., 93).
Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.