Главная / Вакансии / Psixoloq – Sumqayıt

Psixoloq – Sumqayıt

EduVia · Sumqayıt · 27 окт · 930 просмотров
Зарплатадоговорная
КатегорияSəhiyyə
Тип занятостиfull-time

İş haqqında

EduVia — Psixoloq – Sumqayıt.

  • Sumqayıt və ona yaxın ərazilərdə yaşayan layihə iştirakçısı olan böyüklər və ya uşaqlar üçün fərdi psixoloji məsləhət sessiyalarının keçirilməsi.
  • Layihədə iştirak edən ailələr üçün qrup əsaslı ailə gücləndirmə sessiyalarının aparılması.
  • Layihənin metodologiyası və məqsədlərinə uyğun olaraq təlim-seminarların və digər potensialın artırılması fəaliyyətlərinin həyata keçirilməsi.
  • Depressiya, narahatlıq və digər emosional/davranış çətinlikləri daxil olmaqla psixi sağlamlıqla bağlı məsələlər üzrə ixtisaslaşmış dəstəyin göstərilməsi.
  • Həm fərdi qaydada — təkbətək sessiyalarda, həm də qrup və ailə mühitində əməkdaşlıq şəraitində işləmək.
  • Məxfilik və etik standartlara ciddi riayət etməklə sənədləşməni, sessiya qeydlərini və irəliləyiş hesabatlarını düzgün şəkildə aparmaq.
  • Klinik psixologiya, psixoloji məsləhət, uşaq inkişafı, sosial iş və ya yaxın əlaqəli sahə üzrə ali təhsil dərəcəsi. Magistr və ya daha yüksək dərəcə üstünlükdür.
  • Azərbaycanda psixoloq və ya psixi sağlamlıq üzrə mütəxəssis kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya/sertifikat və ya onu əldə etmək hüququ.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Psixoloq – Sumqayıt” qeyd edin.

İş şəraiti və vacib qeydlər

  • İş Yeri: Sumqayıt, Hacı Zeynalabdin qəsəbəsi (tarixən və yerli əhali arasında Nasoslu və ya Nasosnaya kimi tanınır) və ətraf ərazilər
  • Müqavilə müddəti : 12 ay
Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.