Mühasib

Pro Team · Göstərilməyib · 28 окт · 963 просмотров
Зарплата500.00–700.00 AZN / в месяц
КатегорияMaliyyə xidmətləri
Тип занятости—

İş haqqında

Pro Team — Mühasib.

  • Müəssisənin mühasibat, vergi və maliyyə uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tam, dəqiq və şəffaf şəkildə aparılması;
  • Elektron Vergi İdarəsi (new.e--taxes.gov.az) portalında sərbəst və operativ işləmə (e-qaimə fakturaların yazılması
  • İnternet və Mobil Bankçılıq sistemləri vasitəsilə yerli və beynəlxalq köçürmələrin, əməkhaqqı layihələrinin, vergi və digər dövlət rüsumlarının ödənişlərinin həyata keçirilməsi; ölkə xarici ödənişlərin icrası.
  • Müəssisədaxili ilkin mühasibat sənədlərinin (aktlar, hesab-fakturalar, avans hesabatları, kassa və bank sənədləri) tərtibi, yoxlanılması və arxivləşdirilməsi işinin təşkili.
  • Təhsil: Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat sahəsində ali təhsil;
  • Qanunvericilik biliyi: Azərbaycan Respublikası Vergi Məcəlləsini, Əmək Məcəlləsini və mühasibat uçotuna dair qüvvədə olan normativ-hüquqi aktları mənimsəmək, qanunvericilikdəki dəyişiklikləri davamlı olaraq izləmək və praktikada tətbiq etmək bacarığı;
  • Ofis proqramları: MS Office paketini, xüsusilə MS Excel proqramını operativ və yüksək səviyyədə (mürəkkəb düsturlar, hesabat cədvəllərinin qurulması) bilmək;
  • Analitik düşünmə, detallara qarşı diqqətli olma, rəqəmlərlə işləmək və yaranan problemləri təmkinlə həll etmək bacarığı;

Əməkhaqqı (elanda göstərilən): 500–700 AZN.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Mühasib” qeyd edin.

İş şəraiti

İş qrafiki: Həftə içi 6 gün

Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.