Зарплатадоговорная
КатегорияKomputerləşmə və İKT
Тип занятостиfull-time
İş haqqında
Professional İT MMC — ML / LLM Engineer.
- ML / LLM Engineer olaraq siz iri miqyaslı AI layihələrimiz çərçivəsində çoxdilli AI köməkçilərinin, Text-to-SQL həllərinin və lokal open-weight dil modellərinin (LLM) adaptasiyası, tənzimləməsi, qiymətləndirilməsi və backend sistemlərə inteqrasiyasına rəhbərlik edəcəksiniz. Əsas İstiqamət: NLP, Text-to-SQL, lokal dil modelləri.
- Azərbaycan, rus, ingilis və türk dillərini (bütün dörd dili bilmək məcburi tələb deyil ) dəstəkləyən çoxdilli AI köməkçinin hazırlanması.
- Natural Language → SQL istiqamətində həllərin hazırlanması.
- Verilənlər bazasının sxemi və biznes göstəricilərinin semantik təsvirlərinin modelə təqdim edilməsi.
- Training, evaluation və benchmark məlumat dəstlərinin hazırlanması.
- Open-weight dil modellərinin lokal mühitdə sınaqdan keçirilməsi.
- Modellərin dil, SQL düzgünlüyü, nəticənin doğruluğu, latency və GPU istifadəsi üzrə qiymətləndirilməsi.
- SFT, LoRA, QLoRA və digər adaptasiya üsullarının sınaqdan keçirilməsi.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “ML / LLM Engineer” qeyd edin.
İş şəraiti və vacib qeydlər
- Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
- Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.