Главная / Вакансии / Lead Railway Construction Engineer

Lead Railway Construction Engineer

Azerbaijan Metal Company LLC · Bakı · 22 окт · 962 просмотров
Зарплатадоговорная
КатегорияMühəndislik
Тип занятостиfull-time

İş haqqında

Azerbaijan Metal Company LLC — Lead Railway Construction Engineer.

  • Bu vəzifə yalnız qatarların hərəkətini idarə edən və ya stansiyada növbə çəkən mütəxəssis deyil. Bu şəxs zavodun bütün dəmir yolu sisteminin necə layihələndiriləcəyini, nə qədər yük və vaqon qəbul/göndərməli olduğunu, yolların və manevr sahələrinin necə təşkil olunacağını, sistemin zavodun 5.3 milyon ton gücünə necə uyğunlaşdırılacağını və son nəticədə onun necə istismar ediləcəyini texniki baxımdan idarə edən Lead/Senior səviyyəli mütəxəssisdir.
  • Mühəndis HBI zavodunun dəmir yolu sisteminin Konsept və “Basic Design” mərhələsindən “Detailed Design”, tikinti, təhvil vermə və kommersiya istismarına qədər bütün layihə dövrünə texniki rəhbərlik edir.
  • Əsas məqsəd zavodun dəmir yolu infrastrukturunun istehsal, logistika, materialların qəbulu və göndərilməsi sistemləri, materialların daşınması sistemləri və xarici dəmir yolu şəbəkəsi ilə tam inteqrasiyasını təmin etməkdir.
  • Zavodun ümumi dəmir yolu stansiyası konsepsiyasının hazırlanmasına və texniki yoxlanılmasına rəhbərlik etmək. Buraya dəmir yolu yollarının yerləşmə sxemi, qatarların qəbulu və göndərilməsi yolları, manevr və çeşidləmə yolları, yükləmə-boşaltma sahələri, dəmir yolu tərəzisi, lokomotiv infrastrukturu və xarici dəmir yolu şəbəkəsinə qoşulma daxildir.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Lead Railway Construction Engineer” qeyd edin.

Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.