Зарплата2500.00 AZN / в месяц
КатегорияSəhiyyə
Тип занятости—
İş haqqında
Azera Holding — Keyfiyyətə Nəzarət və İdarəetmə üzrə menecer.
- Qrupdaxili tibb və sağlamlıq müəssisələrində keyfiyyət idarəetmə sisteminin qurulmasını, tətbiqini və davamlı inkişafını təşkil etmək;
- Beynəlxalq və yerli standartlara, normativ-hüquqi tələblərə və klinik protokollara uyğun keyfiyyət siyasətləri, prosedurlar, təlimatlar və digər sənədlərin hazırlanmasını və yenilənməsini koordinasiya etmək;
- ISO 9001, ISO 7101, ISO 15189, ISO 13485 və digər aidiyyəti keyfiyyət standartlarının tətbiqinə və tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
- Tibbi və inzibati proseslərin keyfiyyət göstəricilərini müəyyənləşdirmək, KPI-ları formalaşdırmaq, monitorinq etmək və aylıq/rüblük hesabatlar hazırlamaq;
- İllik keyfiyyət fəaliyyət planlarının hazırlanmasını və icrasını təşkil etmək;
- Daxili audit planlarını hazırlamaq, auditlərin keçirilməsini koordinasiya etmək, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Uyğunsuzluqları, klinik səhvləri, hadisələri və proseslərdə yaranan riskləri müəyyənləşdirmək, Kök Səbəb Analizi (RCA) aparmaq və Düzəldici və Qarşısının Alınması Tədbirləri (CAPA) üzrə tədbirlərin icrasını izləmək;
- Pasiyent təhlükəsizliyi, infeksion nəzarət, dərman təhlükəsizliyi və digər klinik risklərin idarə olunması proseslərinə nəzarət etmək;
Əməkhaqqı (elanda göstərilən): 2500 AZN.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Keyfiyyətə Nəzarət və İdarəetmə üzrə menecer” qeyd edin.
Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.
