Daxili nəzarət və komplayens üzrə mütəxəssis (1 illik müvəqqəti müqavilə)
Novex Group · Göstərilməyib · 27 окт · 979 просмотров
Зарплатадоговорная
КатегорияHüquq və məhkəmə xidmətləri
Тип занятостиfull-time
İş haqqında
Novex Group — Daxili nəzarət və komplayens üzrə mütəxəssis (1 illik müvəqqəti müqavilə).
- Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi məqsədilə nəzarət prosedurlarının planlaşdırılması, icrası və test edilməsi;
- Daxili nəzarət mühitinin effektivliyinin qiymətləndirilməsi, aşkar edilmiş boşluqlar üzrə təhlillərin aparılması və təkmilləşdirmə tövsiyələrinin verilməsi;
- Müntəzəm komplayens və daxili nəzarət hesabatlarının hazırlanması, nəticələrin aidiyyəti daxili tərəflərə təqdim edilməsi;
- Auditlər, risk qiymətləndirmələri və daxili araşdırmalar çərçivəsində tələb olunan məlumatların toplanması, təhlili və sənədləşdirilməsi;
- Müəyyən edilmiş uyğunsuzluqlar və nəzarət boşluqları üzrə düzəldici tədbirlərin hazırlanmasının koordinasiyası, icrasının monitorinqi və nəticələrinin qiymətləndirilməsi;
- Müxtəlif biznes bölmələri ilə əməkdaşlıq edərək proses risklərinin müəyyənləşdirilməsi və risklərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Daxili siyasət, prosedur və nəzarət mexanizmlərinin hazırlanması və yenilənməsi prosesində iştirak;
- Təhsil – Ali (Mühasibat uçotu, maliyyə, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi)
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Daxili nəzarət və komplayens üzrə mütəxəssis (1 illik müvəqqəti müqavilə)” qeyd edin.
İş şəraiti və vacib qeydlər
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatları: 09:00 – 18:00;
- Rəqabətli əməkhaqqı;
Будьте внимательны при передаче личных данных. Не оплачивайте трудоустройство заранее.