Xırman logo

Baş Mühəndis

Xırman - Abşeron - 24 янв - Действует до: 04 июл - 111 просмотров
Зарплата
договорная
Категория
Dizayn, incəsənət və sənətkarlıq
Тип занятости
full-time
İş sahələri: Süd məhsulları zavodu, dəyirman və çörək zavodu

Vəzifə öhdəlikləri:

Zavodların istehsalat proseslərində istifadə olunan soyutma sistemlərinin quraşdırılması, istismarı və texniki baxışına nəzarət
Buxar aparatlarının, qazanxana və istilik sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsinə nəzarət etmək
Elektrik təsərrüfatı üzrə avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasına nəzarət
Planlı profilaktik texniki xidmətlərin təşkil olunması
Nasazlıqların aradan qaldırılması və modernləşdirmə işlərinin həyata keçirilməsi
İstehsalatda texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət
İstehsalatın hər mərhələsi ilə bağlı müvafiq texniki sənədlərin, hesabatların və təhlillərin vaxtında hazırlanmasını təmin etmək
İstehsalat proseslərinin nəticələrinə dair rəhbərliyə müntəzəm olaraq ətraflı və keyfiyyətli hesabatlar təqdim etmək, gələcək inkişaf üçün tövsiyələr vermək
Tələblər:

Ali texniki təhsil (energetika, mexanika, elektrik mühəndisliyi və ya oxşar ixtisas)
Soyutma sistemləri, buxar aparatları və elektrik avadanlıqları üzrə ən azı 3 il mühəndislik təcrübəsi
Süd sənayesi, dəyirman və çörək zavodlarının avadanlıqları ilə iş təcrübəsi üstünlükdür
Komanda idarəetmə və problem həll etmə bacarığı
Təhlükəsizlik normaları və texniki standartlar üzrə biliklər
Digər Məlumatlar:

İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək
Ünvan: Binəqədi yolu 100
Nahar şirkət tərəfindən təmin edilir