Ana səhifə / Vakansiyalar / Tur Meneceri

Tur Meneceri

Bridge Travel · Bakı · 14 sen · 1046 dəfə baxılıb
Əmək haqqı1500.00 AZN / aylıq
KateqoriyaOtel, İaşə, Turizm
İş növüfull-time
Turizm sahəsində təcrübəniz, güclü satış bacarığınız varsa, sizi Bridge Travel komandasına dəvət edirik. Şirkətimizdə outgoing turizm istiqaməti üzrə çalışacaq, məsuliyyətli, operativ və nəticəyönümlü Tur Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

Tur paketlərinin hazırlanması və satışı
Müştərilərin istəyinə və büdcəsinə uyğun fərdi tur təkliflərinin hazırlanması
Müştərilərə tur paketləri haqqında ətraflı məlumat verilməsi
Otel bronlarının və rezervasiyaların idarə edilməsi
B2B rezervasiya sistemləri ilə işləmək
Turoperatorlar və xarici tərəfdaşlarla yazışmaların aparılması
Müştəri sorğularının operativ cavablandırılması
Satış prosesinin izlənilməsi və satışdan sonrakı müştəri dəstəyinin təmin edilməsi
Namizədə tələblər

Turizm sahəsində minimum 2 il iş təcrübəsi
Outgoing tur paketlərinin hazırlanması və satışı üzrə praktiki təcrübə
B2B rezervasiya sistemləri ilə işləmək bacarığı
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
Rus və ya ingilis dili biliyi
MS Office proqramlarında sərbəst işləmək bacarığı
Güclü ünsiyyət, təqdimat və satış bacarıqları
Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı
İş şəraiti

İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: 1500 AZN + bonus
Rəsmi əmək müqaviləsi
İnkişafa açıq və dinamik iş mühiti
Karyera inkişafı imkanları
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.