Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaPərakəndə satış və müştəri xidmətləri
İş növüfull-time
İş haqqında
Arash Company — Tibbi Avadanlıqlar üzrə Satış Meneceri.
- Estetik və dermatoloji lazer sistemlərinin, RF texnologiyalı cihazların, dermatoloji diaqnostika, bədən konturlama və digər estetik müalicə avadanlıqlarının aktiv satışının həyata keçirilməsi;
- Yeni müştərilərin müəyyən edilməsi, cəlb olunması və şəxsi müştəri portfelinin formalaşdırılması;
- Dermatoloqlar, kosmetoloqlar, estetik klinikalar, tibb mərkəzləri və digər potensial müştərilərlə mütəmadi görüşlərin keçirilməsi;
- Avadanlıqların texniki xüsusiyyətlərinin, klinik tətbiq sahələrinin və kommersiya üstünlüklərinin müştərilərə təqdim edilməsi;
- Avadanlıqların iş prinsiplərinin mənimsənilməsi və müştərilər üçün məhsul nümayişlərinin (demo) həyata keçirilməsi;
- Kommersiya təkliflərinin hazırlanması, qiymət və ödəniş şərtləri üzrə danışıqların aparılması;
- Potensial müştərinin müəyyən edilməsindən müqavilənin bağlanmasına və avadanlığın təhvil verilməsinədək bütün satış prosesinin idarə olunması;
- Aylıq, rüblük və illik satış hədəflərinə nail olunması;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Tibbi Avadanlıqlar üzrə Satış Meneceri” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.