Əmək haqqı1500.00 AZN / aylıq
KateqoriyaNəqliyyat, paylama və logistika
İş növü—
İş haqqında
"BESTİNG" MMC — Təchizat üzrə mütəxəssis.
- * Yerli və xarici alışların həyata keçirilməsi, yeni məhsulların axtarışı, * Qənnadı məhsulları və istehsal üçün xammal materiallarının satınalma prosesinin təşkili;
- * Bazar araşdırmalarının aparılması və alternativ təchizatçıların müəyyənləşdirilməsi
- * İdxal-ixrac əməliyyatlarının koordinasiyası və həyata keçirilməsi;
- * Şirkətdaxili formalaşdırılmış sifarişlərin anbar ehtiyatları ilə müqayisə edilərək aidiyyəti şöbələrin zəruri məhsullarla təmin olunması;
- * Şirkətin satınalma siyasətinə və müəyyən edilmiş prosedurlara riayət edilməsi;
- * Mal, xidmət və işlər üzrə potensial təchizatçıların araşdırılması və seçilməsi;
- * Təchizatçılarla danışıqların aparılması, qiymət və kommersiya təkliflərinin müqayisə edilməsi;
- * Uyğun təchizatçılarla müqavilələrin bağlanması və təchizat şərtlərinin idarə olunması;
- * Satınalma sifarişlərinin hazırlanması və icrasına nəzarət;
- * Təchizat üzrə sənədləşmələrin düzgün və vaxtında aparılması;
- * Alınan malların keyfiyyətinə və uyğunluğuna nəzarət edilməsi;
- * Təchizat və satınalma bazarının mütəmadi araşdırılması;
- * e-gov.az, AQTA və gömrük sistemləri üzrə tələb olunan məlumat və sənədlərin hazırlanması və təqdim edilməsi;
- * İdxal prosesləri üzrə sənədləşmənin və logistika proseslərinin koordinasiyası;
- * Anbar, logistika, satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı işin təşkili;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzuda “Təchizat üzrə mütəxəssis” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.