Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMühəndislik
İş növüfull-time
İş haqqında
Azertexnolayn — SƏTƏM Məsləhətçi.
- İşçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını aparmaq;
- Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək və qeydiyyat jurnallarını aparmaq;
- İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsində və hadisələrin araşdırılmasında iştirak etmək;
- Elektrik əl alətlərinin, yükqaldırma ləvazimatlarının, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə etmələrinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etmək;
- Təhlükəli ərazilərin xəbərdaredici nişanlarla işarələnməsini, təmir sahələrinin təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumatlandırıcı lövhələrin yerləşdirilməsini təmin etmək;
- Əməyin mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
- İş yerlərində aşkar edilmiş təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini izləmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “SƏTƏM Məsləhətçi” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
