Ana səhifə / Vakansiyalar / Regionlar üzrə - Qaz Müfəttişi

Regionlar üzrə - Qaz Müfəttişi

Azerbaijan Energy Regulatory Agency · Göstərilməyib · 28 okt · 937 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMühəndislik
İş növü—

İş haqqında

Azerbaijan Energy Regulatory Agency — Regionlar üzrə - Qaz Müfəttişi.

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
  • Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
  • Layihə sənədlərinin ekspertizasını keçirir;
  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Regionlar üzrə - Qaz Müfəttişi” qeyd edin.

İş şəraiti

İş yeri: Regionlar üzrə

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.