Ana səhifə / Vakansiyalar / Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer

Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer

PJA MMC · Göstərilməyib · 21 okt · 972 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
Kateqoriyaİstehsalat
İş növüfull-time

İş haqqında

PJA MMC — Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer.

  • Beynəlxalq qida təhlükəsizliyi standartlarına (HACCP, ISO 22000 və s.) uyğun olaraq istehsal proseslərinin qurulmasını, tətbiqini və optimizasiyasını təmin etmək;
  • İstehsalat sahələrində vahid standartların, prosedurların (SOP) və HACCP üzrə kritik nəzarət nöqtələrinin monitorinq planlarının hazırlanmasını təşkil etmək;
  • Xammalın qəbulundan son məhsulun təqdimatına qədər bütün mərhələlər üzrə keyfiyyət nəzarət sistemini qurmaq;
  • İstehsal sahələrinin daha səmərəli istifadəsi, məhsuldarlığın artırılması və itkilərin azaldılması üzrə təkliflər hazırlamaq.
  • İstehsalat sahələrində iş günü başlanğıcında sanitariya vəziyyətini, işçilərin şəxsi gigiyenasını, xüsusi geyim tələblərini və davamiyyəti yoxlamaq;
  • Soyuducu, dondurucu və digər sahələrdə temperatur rejimlərini, nəzarət qeydlərini və qida təhlükəsizliyi göstəricilərini daimi izləmək;
  • Xammal və yarımfabrikatların anbardan istehsalata FIFO/FEFO prinsiplərinə uyğun buraxılmasına, etiketlənməyə və partiya izləniləbilənliyinə nəzarət etmək;
  • Məhsulların reseptura, texnoloji xəritə, çıxış norması, dad, görünüş, tekstura və təqdimat standartlarına uyğun hazırlanmasını izləmək;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Qida Təhlükəsizliyi və Keyfiyyət üzrə Menecer” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.