Ana səhifə / Vakansiyalar / Qeydiyyatçı (biznes mərkəzi)

Qeydiyyatçı (biznes mərkəzi)

Landmark Business Center · Göstərilməyib · 28 okt · 967 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
Kateqoriyaİnzibati, Biznes və İdarəetmə
İş növü—

İş haqqında

Landmark Business Center — Qeydiyyatçı (biznes mərkəzi).

  • Biznes mərkəzinə gələn qonaqları, müştəriləri və işgüzar tərəfdaşları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq istiqamət üzrə yönləndirmək;
  • Biznes mərkəzində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə gündəlik işgüzar əlaqələri təmin etmək;
  • İcarədar şirkətlərin müraciət və sorğularını qəbul etmək, müvafiq məsələlərin həlli üçün aidiyyəti struktur bölmələri ilə koordinasiya aparmaq;
  • Şirkətlərin inzibati, texniki və təsərrüfat məsələləri ilə bağlı müraciətlərinin müvafiq şəxslərə çatdırılmasını və icra vəziyyətinin izlənilməsini təmin etmək;
  • Daxil olan telefon zənglərini və elektron müraciətləri cavablandırmaq, zəruri hallarda aidiyyəti şəxslərə yönləndirmək;
  • Biznes mərkəzinə daxil olan məktub, sənəd və digər yazışmaları qəbul etmək, onların qeydiyyatını aparmaq və müvafiq uçotunu təmin etmək;
  • Daxil olan məktubların və sənədlərin aidiyyəti şirkətlərə, onların nümayəndələrinə və ya məsul şəxslərə vaxtında və düzgün şəkildə təhvil verilməsini təmin etmək;
  • Biznes mərkəzində keçirilən görüşlər və tədbirlərlə bağlı məlumatlandırma və təşkilati dəstək göstərmək;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Qeydiyyatçı (biznes mərkəzi)” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.