Ana səhifə / Vakansiyalar / Problemli Kreditlər üzrə Kiçik Mütəxəssis

Problemli Kreditlər üzrə Kiçik Mütəxəssis

FinCol Group MMC · Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 8 (Azadlıq metrosunun çıxışı) · 08 sen · 1000 dəfə baxılıb
VIP
Əmək haqqı800.00–1100.00 AZN / aylıq
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time
FinCol Group MMC komandamıza Problemli Kreditlər üzrə Kiçik Mütəxəssis axtarır.

Əsas vəzifələr:

Problemli kredit portfeli üzrə müştərilərlə əlaqələrin qurulması;
Gecikmiş ödənişlərlə bağlı müştərilərlə telefon danışıqlarının aparılması;
Borcların ödənilməsi və tənzimlənməsi üzrə müştərilərlə danışıqların aparılması;
Aparılan danışıqların və ödəniş məlumatlarının sistemdə qeydiyyatı;
Gündəlik və aylıq hədəflərin yerinə yetirilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər:

Orta ixtisas və ya ali təhsil;
Azərbaycan dilində səlis danışıq qabiliyyəti;
Yüksək ünsiyyət və inandırma bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Komandada işləmək bacarığı;
Problemli kreditlər, bank və ya maliyyə sektorunda təcrübə üstünlükdür.
Əmək haqqı:

400 AZN gross + bonus
Ümumi aylıq gəlir: 800–1100 AZN
Bonus əməkdaşın fərdi nəticələrinə və yığım göstəricilərinə əsasən hesablanır.
İş qrafiki:

5 günlük iş həftəsi
09:00–18:00
Şənbə və bazar — qeyri-iş günləri
Rəsmi bayram günləri — qeyri-iş günləri
İş ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 8 (Azadlıq metrosunun çıxışı)

Karyeranıza maliyyə və problemli kreditlər sahəsində başlayın!
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.