Mühasib

Rasmar LLC · Bakı · 21 okt · 969 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time

İş haqqında

Rasmar LLC — Mühasib.

  • Bütün növ vergi (ƏDV, Mənfəət, Ödəmə Mənbəyindən Tutulan Vergi, Əmlak, Torpaq və s.), DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına (e-taxes.gov.az, e-sosial.gov.az) vaxtında təqdim olunması;
  • Mühasibat uçotunun 1C (8.3) proqramında dəqiq və qanunvericiliyə uyğun aparılması;
  • İdxal-ixrac (gömrük) əməliyyatlarının mühasibat uçotunun aparılması, B3 gömrük bəyannamələri və invoyslar üzrə işlərin icrası;
  • Elektron Qaimə-Fakturaların (EQF) tərtib olunması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılaraq sistemə daxil edilməsi;
  • Kassa, bank (Milli və Xarici valyuta hesabları) əməliyyatlarının aparılması və ödəniş tapşırıqlarının hazırlanması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və son haqq-hesabların hesablanması;
  • Debitor və kreditor borclarına gündəlik nəzarət, qarşılıqlı üzləşmə aktlarının tərtibi və yoxlanılması;
  • Aylıq, rüblük və illik daxili maliyyə və idarəetmə hesabatlarının rəhbərliyə təqdim edilməsi.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Mühasib” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.