Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time
İş haqqında
Company — Maliyyə Direktoru.
- Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi, maliyyə resurslarının səmərəli idarə olunması, gəlirlilik və əməliyyat effektivliyinin artırılması, maliyyə risklərinin idarə edilməsi və rəhbərliyin qərarvermə prosesinin etibarlı maliyyə məlumatları ilə dəstəklənməsi.
- Maliyyə departamentinin fəaliyyətinə rəhbərlik etmək, maliyyə strategiyasını şirkətin biznes məqsədləri ilə uzlaşdırmaq;
- Şirkət və əlaqəli hüquqi şəxslər üzrə büdcələşdirmə, maliyyə planlaşdırması, proqnozlaşdırma və büdcə icrasına nəzarət proseslərini təşkil etmək;
- İdarəetmə uçotu, mühasibat uçotu, vergi uçotu, xəzinədarlıq və maliyyə hesabatlılığı proseslərinin düzgün və vaxtında həyata keçirilməsini təmin etmək;
- Gəlirlilik, marjinallıq, məhsul və satış kanalları üzrə maliyyə göstəricilərini təhlil etmək, xərclərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması üzrə təşəbbüslər irəli sürmək;
- Pul vəsaitlərinin hərəkətini, likvidliyi, dövriyyə kapitalını və banklarla maliyyə münasibətlərini idarə etmək;
- Şirkətin maliyyə nəticələrini mütəmadi təhlil etmək, büdcədən kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər hazırlamaq;
- ERP sistemlərinin maliyyə modullarının tətbiqi və inkişafı proseslərinə rəhbərlik etmək, maliyyə hesabatlılığının avtomatlaşdırılmasını və hesabatların hazırlanma müddətinin optimallaşdırılmasını təmin etmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Maliyyə Direktoru” qeyd edin.
İş şəraiti və vacib qeydlər
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
