Prime Accessories Mağazalar Şəbəkəsi logo

Mağaza meneceri

Prime Accessories Mağazalar Şəbəkəsi - Bakı - 24 yan - Son tarix: 04 iyl - 116 dəfə baxılıb
Əmək haqqı
1000.00-2000.00 AZN / aylıq
Kateqoriya
Dizayn, incəsənət və sənətkarlıq
İş növü
full-time
Biz bilirik ki, insanlara xidmət və rəhbərlik etmək heç də sadə iş deyil. Biz, dəbli zövqə malik, xidmət edərkən müştərilər ilə ünsiyyətdən məmnunluq alan, özündən sonra davamçılar yetişdirə biləcək və lider olacaq dəyərli əməkdaş axtarışındayıq. Axtarışın əsas səbəbi şəbəkəmizin günü gündən böyüməsi və yeni filialların açılışıdır.

Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.

Hansı işləri görəcəksiniz:

Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
Komandanın satış qabiliyyətinin yaxşılaşdırılması üçün onların motivasiya edilməsi;
Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin təklifi və tətbiqi;
Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
Hansı super gücləriniz olmalıdır:

Texniki bacarıqlar: Ali təhsil, satış sahəsində iş təcrübəsi (minimum 2 il rəhbər olaraq) və kompüter istifadəsi ( Ofis proqramları, 1C)
Dil bilgiləri: Azərbaycan və rus dili sərbəst, İngilis dili üstünlük təşkil edir
Komanda ruhu: Özündən sonra davamçılar yetişdirir, rəhbərlik etdiyi satış məsləhətçilərinin potensialını ortaya çıxarır
Empatiya: Siz insanları hiss edir və onların ehtiyaclarını və arzularını anlayırsınız.
Kreativlik: Siz standart olmayan həllər və yanaşmalar tapırsınız.
Liderlik: Siz komandaya pozitiv və uğura can atmaqla enerji verirsiniz.
Biz sizə nələr təklif edirik:

6 günlük növbəli qrafikdə iş rejimi;
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı;
Satış sahəsində nailiyyətlərə görə bonuslar.
Fix 800 Azn və faizdən ibarət əmək haqqı (Aylıq ortalama gəlir: 1000 – 2000 Azn)