info@risantech.net logo

Korporativ Satış Mütəxəssisi

[email protected] - Abşeron - 04 fev - Son tarix: 04 iyl - 1032 dəfə baxılıb
Əmək haqqı
800.00-1500.00 AZN / aylıq
Kateqoriya
Pərakəndə satış və müştəri xidmətləri
İş növü
full-time
Risan Group şirkəti özünü satış sahəsində görən və satışı sevən namizədləri Korporativ Satış Mütəxəssisi vakansiyası üzrə müracit etməyə çağırır.

Biz Sizdən bu sahə üzrə təcrübə tələb etmirik. Biz Sizə maraqlı iş və yaxşı karyera vəd edirik. Bu vəzifədə Siz müxtəlif sahələr üzrə treyninqlərə cəlb ediləcək və yüksək səviyyəli kadr olma şansınız olacaq.

Əgər Siz çalışqansınızsa, əməksevərsinizsə, öyrənmək həvəsiniz varsa və texniki məsələləri sürətli anlaya bilirsinizsə demək ki, bu iş sizə görədir.

Vəzifə və öhdəliklər:

Şirkət məhsullarının və layihə satışını təşkil etmək;
Bazar araşdırmaları etmək, rəqib şirkətləri araşdırmaq
Sahədə müştərilərlər görüşün təqdimat keçirmək
Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq;
Şirkətin məhsullarını və xidmətlərini müştərilərə yüksək səviyyədə təqdim etmək;
Cari sifarişləri və ya proyektləri nəzarətdə saxlamaq,
Effektiv satış planlarını hazırlamaq, satışlar haqqında məlumatları təhlil etmək;
Məhsulun satışı ilə əlaqəli təklif, müqavilə və digər sənədləri hazırlamaq və onları nəzarətdə saxlamaq
Satış Şöbəsində müvafiq vəzifələri yerinə yetirmək
Rəhbərlyə günlük, həftəlik və aylıq hesabatlar vermək
Namizədə olan tələblər:

Ali təhsilli, tərcihən mühəndislik təhsili almış,
Xanım və ya Bəy, yaş həddi 22-40
Elektrik avadanlıqları ( generator, ups və s.), IT, Təhlükəsizlik məhsullarının satışında təcrübəli namizədlərə üstünlük veriləcəkdir
B kateqoriyalı sürücülük vəsiqəsi – Üstünlükdür
Namizəddə olan bacarıq və keyfiyyətlər

Əməksevər və ambisiyalı
Ünsiyyətcil, təqdim etmə və inandırma bacarığı olan,
Məsuliyyətli, punktual, dürüst və xoş görünüşlü
Komandada işləmək bacarığı
Problemləri həll etmə bacarığı;
Dil bilikləri: İngilis dili ( orta), Rus dili (üstünlükdür) , Azərbaycan dili (əla)
Kompyuter bilikləri: Excel, Word, Power Point, Outlook (yaxşı)
Digər məlumatlar:

5 günlük iş rejimi, 9.00-18.00 arası
Maaş 600-800 azn + Yüksək Bonus (aylıq 1500 azn qazanma imkanı)
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “Korporativ Satış Mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.