Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time
İş haqqında
AdGo I Advera — Hesabatlılıq və Maliyyə Nəzarəti üzrə Mütəxəssis.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını (mənfəət və zərər hesabatı, balans, pul vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər hesabatı) IFRS Standartlarına uyğun hazırlamaq.
- Maliyyə hesabatlarına izahlı qeydləri hazırlamaq.
- Dövlət orqanlarına, səhmdarlara, banklara və digər maraqlı tərəflərə təqdim olunan hesabatları vaxtında və dəqiq hazırlamaq.
- Ay sonu və il sonu bağlanış prosesini koordinasiya etmək, bağlanış qrafikinə əməl olunmasına nəzarət etmək.
- Hesablanmış xərclər, təxirə salınmış gəlirlər, amortizasiya, ehtiyatlar və digər düzəliş yazılışlarını hazırlamaq və yoxlamaq.
- Baş kitab hesablarının yardımçı uçot registrləri, bank çıxarışları və kontragentlərlə üzləşdirilməsini (reconciliation) aparmaq və fərqləri aradan qaldırmaq.
- Debitor və kreditor borcların düzgünlüyünün yoxlanılması və nəzarət. Üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək.
- Maliyyə əməliyyatlarının daxili qaydalara, uçot siyasətinə və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Hesabatlılıq və Maliyyə Nəzarəti üzrə Mütəxəssis” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
