Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMühəndislik
İş növü—
İş haqqında
Kristal — Dəmir-beton və metal konstruksiyalar üzrə mühəndis.
- Dəmir-beton və metal konstruksiya işlərinin layihəyə, texniki tələblərə və iş qrafikinə uyğun icrasını təşkil etmək;
- Qəlib, armatur və beton işlərinin keyfiyyətinə və texnoloji ardıcıllığına nəzarət etmək;
- Armaturun sinfi, diametri, sayı, addımı, ankerlənmə və bindirmə uzunluqlarının, həmçinin betonun qoruyucu qatının layihəyə uyğunluğunu yoxlamaq;
- Beton tökülməzdən əvvəl qəlib və armatur işlərinin yoxlanılmasında, gizli işlər aktlarının hazırlanmasında iştirak etmək;
- Betonun qəbulu, yerləşdirilməsi, vibrasiya ilə sıxlaşdırılması və beton səthinə qulluğa nəzarət etmək;
- Metal konstruksiyaların montajına, anker boltlarına, boltlu və qaynaq birləşmələrinin layihəyə uyğun icrasına nəzarət etmək;
- Briqada və subpodratçıların gündəlik işlərini əlaqələndirmək, görülən işlərin həcmini yoxlamaq;
- Material tələbatını müəyyənləşdirmək, sahəyə daxil olan materialların uyğunluğunu və sərfiyyatını izləmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Dəmir-beton və metal konstruksiyalar üzrə mühəndis” qeyd edin.
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
