Ana səhifə / Vakansiyalar / Dəmir-Beton və Metal Konstruksiya İşləri üzrə Sahə Mühəndisi

Dəmir-Beton və Metal Konstruksiya İşləri üzrə Sahə Mühəndisi

CCN Holding · Bakı · 22 okt · 987 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMühəndislik
İş növüfull-time

İş haqqında

CCN Holding — Dəmir-Beton və Metal Konstruksiya İşləri üzrə Sahə Mühəndisi.

  • Məsul olduğu tikinti və daşıyıcı sistem işlərinin təsdiq edilmiş layihələrə, texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğun icrasını izləmək və yoxlamaq;
  • Layihənin əsas iş proqramına uyğun olaraq sahə işlərinin gedişini izləmək və aidiyyəti bölmələrlə koordinasiyanı təmin etmək;
  • Dəmir-beton, karkas və daşıyıcı sistem işlərini texniki baxımdan yoxlamaq, uyğunsuzluqları müəyyən etmək və aidiyyəti üzrə məlumat vermək;
  • Tətbiq layihələrini, texniki çertyojları və detalları nəzərdən keçirmək, sahədəki işlərin layihəyə uyğunluğunu yoxlamaq;
  • Subpodratçılar tərəfindən görülən işlərin keyfiyyətə nəzarət prosesini izləmək və müvafiq keyfiyyət qeydlərinin hazırlanmasına dəstək vermək;
  • İş həcmlərini, görülmüş işləri təsdiqləyən sənədləri, haqq-hesab sənədlərini və icra göstəricilərini yoxlamaq;
  • Sahədə yaranan texniki problemləri qiymətləndirmək, həll təklifləri hazırlamaq və zəruri texniki dəstək göstərmək;
  • Gündəlik, həftəlik və aylıq irəliləyiş hesabatları üçün məsul olduğu tikinti işləri barədə məlumatları hazırlamaq;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Dəmir-Beton və Metal Konstruksiya İşləri üzrə Sahə Mühəndisi” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.