Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMarketinq, reklam, çap və nəşriyyat
İş növüfull-time
İş haqqında
OmniMark Agency — Copywriter.
- OmniMark və agentliyin müştəriləri üçün brend strategiyasına, hədəf auditoriyaya və kampaniya məqsədlərinə uyğun yaradıcı, aydın və nəticəyönümlü mətnlər hazırlamaq; ideyanı düzgün kreativ brief, ssenari və kommunikasiya materialına çevirərək dizayn, SMM, prodakşn və rəqəmsal marketinq komandalarının işini vahid mesaj ətrafında istiqamətləndirmək.
- Sosial media üçün post, karusel, story, Reels/TikTok, caption, headline, CTA və reklam mətnlərinin hazırlanması; mətnləri platformanın formatına və auditoriyanın davranışına uyğunlaşdırmaq.
- Brend və kampaniyalar üçün kreativ konseptlər, əsas kommunikasiya ideyaları, slogan, tagline, kampaniya adı və mesaj iyerarxiyası hazırlamaq.
- Müştərilərin biznes məqsədini, məhsul/xidmət üstünlüklərini və hədəf auditoriyasını anlayaraq kommunikasiya mövzuları və aylıq kontent istiqamətləri təklif etmək.
- SMM planlarının hazırlanmasında iştirak etmək; kontent rubrikaları, mövzular, post ideyaları, kampaniya mesajları və vizual istiqamət üzrə təkliflər vermək.
- Meta Ads, Google Ads/GDN və digər digital reklamlar üçün qısa, aydın və conversion yönümlü copy variantları hazırlamaq; A/B test üçün alternativ headline və CTA-lar təqdim etmək.
- ATL/BTL və offline materiallar üçün billboard, citylight, poster, flyer, brochure, POSM, event və satış materiallarının mətnlərini hazırlamaq.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Copywriter” qeyd edin.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
