Ana səhifə / Vakansiyalar / Biznesə nəzarət şöbə müdiri

Biznesə nəzarət şöbə müdiri

Veysəloğlu-Rossmann · Göstərilməyib · 20 okt · 941 dəfə baxılıb
Əmək haqqırazılaşma yolu ilə
KateqoriyaMaliyyə xidmətləri
İş növüfull-time

İş haqqında

Veysəloğlu-Rossmann — Biznesə nəzarət şöbə müdiri.

  • Şirkətin maliyyə nəzarəti və kommersiya analitikası funksiyalarını təşkil etmək, rəhbərliyə dövri idarəetmə hesabatları təqdim etmək.
  • Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil etmək, kənarlaşmaları müəyyənləşdirmək və düzəldici tədbirlər üzrə təkliflər hazırlamaq.
  • Məhsullar üzrə satış qiymətlərinin və marjaların hesablanmasına nəzarət etmək, məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik təhlillərini aparmaq.
  • Təchizatçılarla bağlanmış müqavilələrin kommersiya şərtlərini təhlil etmək, müqavilə reyestrini, bonusların (rebate), marketinq dəstəklərinin və digər kommersiya gəlirlərinin hesablanması və uçotunu nəzarətdə saxlamaq.
  • Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini qiymətləndirmək, xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması üzrə təkliflər vermək.
  • Büdcə, maliyyə proqnozları və maliyyə modellərinin hazırlanmasında iştirak etmək, əsas maliyyə və kommersiya göstəricilərini mütəmadi izləmək.
  • Şirkətin biznes proseslərini və prosedurlarını təhlil etmək, onların hazırlanması, yenilənməsi və təkmilləşdirilməsini təşkil etmək, daxili qaydalara və nəzarət mexanizmlərinə əməl olunmasını təmin etmək.
  • Maliyyə əməliyyatlarının, sənədləşmənin və kommersiya məlumatlarının düzgünlüyünə, daxili prosedurlara və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Biznesə nəzarət şöbə müdiri” qeyd edin.

Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.