Əmək haqqı1340.00 AZN / aylıq
KateqoriyaMühəndislik
İş növü—
İş haqqında
Company — Aqrotexniki xidmətlər üzrə mütəxəssis.
- Kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və digər asılan-qoşulan aqreqatlar) adlarını, texniki göstəricilərini, iş prinsiplərini, istismar qaydalarını, onların mexanizm-qovşaq və ehtiyat hissələrini bilməli;
- Texnikalar üzrə sistemə daxil edilən mədaxil, məxaric, yerdəyişmə, təchizat, satış mərkəzlərinə və vətəndaşlara geri qaytarma sənədləri hazırlamalı və onlara nəzarət etməli;
- Təchizat və satış mərkəzlərindən buraxılmış texnikanın mütəmadi olaraq qeydiyyatının aparılmasına, aktlar üzrə məlumatların elektron sistemə daxil edilməsinə nəzarət etməli və qalıq sənədlərini çıxarmalı;
- Texnikalara və texnoloji avadanlıqlara istismar telimatlarına uyğun vaxtında texniki qulluq göstərilməsini istismarçılardan tələb etməli;
- Texnikalarda ilkin texniki baxış və diaqnostika işlərini aparmalı, müvafiq akt tərtib etməli;
- Şöbənin funksiyalarının həyata keçilirilməsi üçün zəruri olan digər vəzifələri yerinə yetirməli.
- Ali təhsil (mühəndis-mexanik ixtisası üzrə, aqrar sahə).
- Müvafiq sahə üzrə təcrübə müddəti minimum 2-3 il iş təcrübəsi.
Əməkhaqqı (elanda göstərilən): 1340 AZN.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Aqrotexniki xidmətlər üzrə mütəxəssis” qeyd edin.
İş şəraiti
İş qrafiki və əmək haqqı:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun. İşə qəbul üçün əvvəlcədən ödəniş etməyin.
