Home / Jobs / Xərclərə nəzarət üzrə mühəndis

Xərclərə nəzarət üzrə mühəndis

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) · Göstərilməyib · 22 Oct · 932 views
Salary1500.00 AZN / monthly
CategoryMaliyyə xidmətləri
Job typefull-time

İş haqqında

Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi) — Xərclərə nəzarət üzrə mühəndis.

  • Tikinti, bərpa və yenidənqurma layihələri üzrə büdcənin formalaşdırılması, xərclərə nəzarət edilməsi və xərc uçotunun aparılması;
  • Layihə üzrə faktiki xərclərin smeta dəyəri və təsdiq olunmuş büdcə ilə müqayisəli təhlilinin aparılması, kənarlaşmaların aşkar edilməsi və səbəblərinin araşdırılması;
  • İcraçı təşkilatlar tərəfindən təqdim olunan yerinə yetirilmiş işlərin təhvil-təslim aktlarının (Forma 2 sənədlərinin) yoxlanılması;
  • Tikinti materialları, avadanlıqlar və xidmətlər üzrə xərclərin optimallaşdırılması istiqamətində təkliflərin hazırlanması;
  • Layihələrin icra qrafikinə uyğun olaraq maliyyə və xərc axınlarının izlənilməsi, proqnozların tərtib edilməsi;
  • Ehtiyat və gözlənilməz xərclərin idarə olunması, əlavə işlər üzrə maliyyə qiymətləndirmələrinin aparılması;
  • Aylıq, rüblük və illik xərc hesabatlarının, büdcə icra vəziyyəti haqqında arayış və təhlillərin rəhbərliyə təqdim olunması;
  • Layihə üzrə aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək xərclərə operativ nəzarət mexanizminin tətbiq edilməsi.

Əməkhaqqı (elanda göstərilən): 1500 AZN.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Xərclərə nəzarət üzrə mühəndis” qeyd edin.

Be careful when sharing personal data. Never pay upfront for employment.