Salary1700.00 AZN / monthly
CategoryMaliyyə xidmətləri
Job typefull-time
İş haqqında
Profitline Consulting MMC — Vergi mütəxəssisi.
- Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
- Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi;
- Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması;
- Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi;
- Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi;
- Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması;
- Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək;
- Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
Əməkhaqqı (elanda göstərilən): 1700 AZN.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.