Salarynegotiable
CategoryNəqliyyat, paylama və logistika
Job typefull-time
İş haqqında
Bahar Energy Operating Company — Sürücü Avtokran Maşinisti.
- Ünvan: Qum Adası, Bakı, Azərbaycan
- İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
- Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş)
- Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət edilməsidir.
- Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi.
- İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.).
- İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi.
- Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Sürücü Avtokran Maşinisti” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.