Salary600.00–800.00 AZN / monthly
CategoryNəqliyyat, paylama və logistika
Job typefull-time
İş haqqında
Best Tech MMC — Satınalma və xarici təchizat üzrə mütəxəssis.
- Şirkətin fəaliyyətinə uyğun məhsullar üzrə yerli və xarici təchizat bazarını araşdırmaq, potensial təchizatçıları müəyyənləşdirmək;
- Çin istehsalçıları və digər xarici tərəfdaşlarla əlaqələr qurmaq, yazışmalar və danışıqlar aparmaq;
- Yeni istehsalçılar, alternativ məhsullar və daha sərfəli təchizat mənbələri tapmaq;
- Təchizatçıların etibarlılığını, istehsal imkanlarını, məhsullarının keyfiyyətini və əməkdaşlıq şərtlərini qiymətləndirmək;
- Aidiyyəti şöbələrlə birlikdə məhsul ehtiyaclarını müəyyənləşdirmək, anbar qalıqları və satış göstəriciləri əsasında satınalma planları hazırlamaq;
- Məhsulların texniki xüsusiyyətlərini və uyğunluğunu dəqiqləşdirmək, yanlış model və ya uyğun olmayan məhsul sifarişinin qarşısını almaq;
- Təchizatçılardan qiymət təklifləri toplamaq, qiymət, keyfiyyət, zəmanət, ödəniş və çatdırılma şərtləri üzrə müqayisəli cədvəllər hazırlamaq;
- Məhsulun alış qiyməti ilə yanaşı daşınma, gömrük və digər əlaqəli xərcləri nəzərə alaraq ümumi maya dəyərini hesablamaq;
Əməkhaqqı (elanda göstərilən): 600–800 AZN.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Satınalma və xarici təchizat üzrə mütəxəssis” qeyd edin.
İş şəraiti
İş qrafiki: 1-5-ci günlər 09:00-18:00
Be careful when sharing personal data. Never pay upfront for employment.