Home / Jobs / Müştəri əlaqələri və idman səfərləri üzrə menecer

Müştəri əlaqələri və idman səfərləri üzrə menecer

FRAZEX · Bakı · 22 Oct · 965 views
Salarynegotiable
CategoryOtel, İaşə, Turizm
Job typefull-time

İş haqqında

Frazex — Müştəri əlaqələri və idman səfərləri üzrə menecer.

  • Akademiyanın CRM sistemində şagird bazasının aparılması və yenilənməsi: profillərə, davamiyyətə və statuslara nəzarət.
  • Ödəniş müddətlərinin izlənməsi və abunəliklərin yenilənməsi barədə valideynlərin vaxtında məlumatlandırılması.
  • Valideynlərlə müntəzəm əlaqə saxlanılması: uşaqların irəliləyişi, dərs cədvəlindəki dəyişikliklər, səfər və tədbirlər, eləcə də akademiyanın yenilikləri barədə məlumat verilməsi.
  • Cari məsələlərin operativ həlli üçün valideynlərlə məşqçi heyəti arasında əlaqələndirmənin təmin edilməsi.
  • Yerli və beynəlxalq üzgüçülük yarışlarının axtarılması və mütəmadi izlənməsi.
  • Yarışların əsasnamələri, keçirilmə tarixləri və iştirakçılara dair tələblər haqqında məlumatların toplanması və sistemləşdirilməsi.
  • Yarışların təşkilat komitələri ilə əlaqə saxlanılması, rəsmi müraciətlərin təqdim edilməsi və idmançıların yarışlara qeydiyyatının aparılması.
  • İdman səfərlərinin tam təşkili: aviabilet və dəmir yolu biletlərinin bron edilməsi, uyğun hotellərin seçilməsi və bronlaşdırılması, komanda üçün transfer, qidalanma və sığortanın təşkili.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Müştəri əlaqələri və idman səfərləri üzrə menecer” qeyd edin.

Be careful when sharing personal data. Never pay upfront for employment.