Salarynegotiable
CategoryMühəndislik
Job typefull-time
İş haqqında
Azroksan LLC — Kompozit İstehsalı Texniki.
- Azroksan şirkəti istehsal planlarına uyğun olaraq kompozit hissələrin və komponentlərin istehsalı, emalı və yığılması proseslərinin tələb olunan keyfiyyət standartlarına, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun şəkildə icrasını təmin edəcək Kompozit İstehsalı Texniki axtarır. Kompozit İstehsalı Texniki istehsal proseslərində istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, istehsal sənədlərinin aparılmasına və iş mühitinin təhlükəsiz, nizamlı saxlanılmasına cavabdehdir.
- İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;
- Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək;
- İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və vaxtında doldurmaq;
- İstehsalat avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini doldurmaq;
- İstehsal zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Kompozit İstehsalı Texniki” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.
