Home / Jobs / Kimyaçı Mühəndis

Kimyaçı Mühəndis

Veysəloğlu MMC · Bakı · 28 Oct · 951 views
Salarynegotiable
CategoryMühəndislik
Job type—

İş haqqında

Veysəloğlu MMC — Kimyaçı Mühəndis.

  • Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər aparmalıdır;
  • AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq standartlara uyğun analizlər aparmalıdır;
  • Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) yoxlamasını etməlidir;
  • Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir;
  • Periodik olaraq (ay, rüb, il ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir;
  • Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə vaxtında çatdırmalıdır;
  • Laboratoriyada istifadə edilən məhlulları, qarışıqları hazırlamalıdır;
  • İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Kimyaçı Mühəndis” qeyd edin.

İş şəraiti

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;

Be careful when sharing personal data. Never pay upfront for employment.