Home / Jobs / İnsan Resursları üzrə mütəxəssis

İnsan Resursları üzrə mütəxəssis

Company · Göstərilməyib · 22 Oct · 983 views
Salarynegotiable
Categoryİnzibati, Biznes və İdarəetmə
Job typefull-time

İş haqqında

Company — İnsan Resursları üzrə mütəxəssis.

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, əmək müqaviləsinə xitam verilməsinin və başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və düzgün aparılmasının təmin edilməsi;
  • İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin və digər sənədlərin hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi;
  • Əmək müqavilələrinin, əmək müqavilələrinə dəyişikliklərin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
  • İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət informasiya sistemlərinə və portallarına vaxtında, düzgün daxil edilməsinin təmin edilməsi;
  • ƏMAS, İSB və E-gov portallarında müvafiq əməliyyatların həyata keçirilməsi;
  • İşçilərin İnsan Resursları sahəsi ilə bağlı müraciət və sorğularının araşdırılması, cavablandırılması və müvafiq tədbirlərin görülməsi;
  • Könüllü tibbi sığorta ilə bağlı sənədləşmə və əməliyyatların icrası;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “İnsan Resursları üzrə mütəxəssis” qeyd edin.

Be careful when sharing personal data. Never pay upfront for employment.