Salarynegotiable
CategoryHüquq və məhkəmə xidmətləri
Job typefull-time
İş haqqında
Company — Hüquq Departamentinin Rəhbəri.
- Şirkətin hüquqi fəaliyyətinin strateji idarə olunması, biznes proseslərinin hüquqi baxımdan müşayiət edilməsi, hüquqi risklərin minimuma endirilməsi və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğun təmin edilməsi.
- Hüquq departamentinin fəaliyyətinə rəhbərlik etmək, hüquqi strategiyanı hazırlamaq və şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsini təmin etmək;
- Şirkətin və əlaqəli hüquqi şəxslərin fəaliyyətinə kompleks hüquqi dəstək göstərmək, korporativ idarəetmə proseslərini müşayiət etmək;
- Pərakəndə satış fəaliyyəti ilə bağlı hüquqi məsələləri, o cümlədən mağazaların icarəsi, təchizat, distribusiya, satınalma, xidmət və digər kommersiya müqavilələrini idarə etmək;
- Müqavilələrin hazırlanmasını, hüquqi ekspertizasını, danışıqların aparılmasını və şirkətin maraqlarının müqavilələrdə qorunmasını təmin etmək;
- Şirkətin maraqlarını məhkəmələrdə, arbitraj proseslərində və dövlət orqanları qarşısında təmsil etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğa nəzarət etmək, hüquqi riskləri müəyyənləşdirmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
- Əmək, vergi, istehlakçı hüquqları, rəqabət, reklam, kommersiya və digər hüquq sahələri üzrə rəhbərliyə və struktur bölmələrə hüquqi məsləhətlər vermək;
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Hüquq Departamentinin Rəhbəri” qeyd edin.
İş şəraiti və vacib qeydlər
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Bazar ertəsi – cümə, 09:00–18:00
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Be careful when sharing personal data. Never pay upfront for employment.
