Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi
RAHAT Supermarketlər şəbəkəsi · Göstərilməyib · 22 Oct · 1012 views
Salarynegotiable
CategoryMaliyyə xidmətləri
Job typefull-time
İş haqqında
RAHAT Supermarketlər şəbəkəsi — Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi.
- Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında) iştirak etmək;
- Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və inventar siyahılarının hazırlanmasına dəstək göstərmək;
- Fiziki sayımın nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq;
- Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və yeniləmək;
- Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə prosesinə dəstək göstərmək;
- Əsas vəsaitlərin reyestrinin aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
- İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək etmək;
- Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması prosesində iştirak etmək.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi” qeyd edin.
Be careful when sharing personal data. Never pay upfront for employment.