Salarynegotiable
Categoryİnşaat və tikinti
Job typefull-time
İş haqqında
Energazer — Enerji effektivliyi və enerji auditləri üzrə Memar.
- Binaların enerji auditlərində aktiv iştirak edəcək, obyektlərdə baxış və ölçmələr aparacaq, bina zərfinin istilik-texniki göstəricilərini təhlil edib texniki hesabatlar və təkliflər hazırlayacaq təcrübəli memar axtarırıq.
- Enerji auditlərində binaların memarlıq və bina zərfi (divar, dam, döşəmə, pəncərə və qapılar) üzrə texniki qiymətləndirilməsi;
- Obyektlərdə vizual baxış, ölçü götürmə və mövcud vəziyyətin foto və çertyojlarla sənədləşdirilməsi;
- Termal kamera ilə istilik körpülərinin, hava sızmalarının və izolyasiya çatışmazlıqlarının müəyyən edilməsi;
- Konstruksiyaların istilik ötürmə əmsallarının (U-dəyəri) və istilik itkilərinin hesablanması;
- Mövcud vəziyyət (as-built) çertyojlarının və enerji modeli üçün bina həndəsəsinin hazırlanması;
- İstilik izolyasiyası, fasad və pəncərə üzrə enerjiyə qənaət tədbirlərinin (ECM) hazırlanması və maya dəyərinin qiymətləndirilməsi;
- Enerji auditi hesabatlarının memarlıq hissəsinin hazırlanması; layihə komandası və müştərilərlə koordinasiya.
Müraciət
CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Enerji effektivliyi və enerji auditləri üzrə Memar” qeyd edin.
İş şəraiti və vacib qeydlər
- İş yeri: Bakı, Azərbaycan
- İş rejimi: Tam ştat / Ofisdə
- Təcrübəyə uyğun əməkhaqqı və inkişaf imkanları.
Be careful when sharing personal data. Never pay upfront for employment.