Home / Jobs / Elektrik mühəndisi

Elektrik mühəndisi

Tam Store · Bakı · 27 Oct · 938 views
Salarynegotiable
CategoryMühəndislik
Job typefull-time

İş haqqında

Tam Store — Elektrik mühəndisi.

  • Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək;
  • Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək;
  • Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq;
  • Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək;
  • İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı;
  • Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər;
  • Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq;

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Müraciətdə “Elektrik mühəndisi” qeyd edin.

İş şəraiti və vacib qeydlər

  • Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
Be careful when sharing personal data. Never pay upfront for employment.