Home / Jobs / Camaşırxana üzrə Qrup Rəhbəri

Camaşırxana üzrə Qrup Rəhbəri

Meysəri Grand Hotel & SPA · Göstərilməyib · 20 Oct · 1007 views
Salarynegotiable
CategoryOtel, İaşə, Turizm
Job typefull-time

İş haqqında

Meysəri Grand Hotel & SPA — Camaşırxana üzrə Qrup Rəhbəri.

  • Növbə ərzində iş bölgüsünü aparmaq, camaşırxana əməkdaşlarının fəaliyyətini koordinasiya etmək və komandaya gündəlik dəstək göstərmək;
  • Ağartıların və uniforma geyimlərinin yuyulması, ütülənməsi, qatlanması və paylanmadan əvvəl keyfiyyətinə nəzarət etmək;
  • Gündəlik iş axınını planlaşdırmaq, tapşırıqların vaxtında və müəyyən olunmuş standartlara uyğun icrasını təmin etmək;
  • Camaşırxana avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqları vaxtında bildirmək;
  • Kimyəvi vasitələrdən təhlükəsiz istifadəni, gigiyena və əməyin mühafizəsi qaydalarına riayəti təmin etmək;
  • Ehtiyat materiallarının və ləvazimatların mövcudluğunu izləmək, sifarişlərin koordinasiyasında iştirak etmək;
  • Gündəlik brifinqlər, növbə hesabatları və növbə təhvil-təslimini təşkil etmək;
  • Yeni əməkdaşların işə uyğunlaşmasına, komandanın təliminə və fəaliyyətinin inkişafına dəstək olmaq.

Müraciət

CV-nizi bu səhifədəki müraciət forması ilə göndərin. Mövzu hissəsində “Camaşırxana üzrə Qrup Rəhbəri” qeyd edin.

Be careful when sharing personal data. Never pay upfront for employment.